en az

Bizim haqqımızda

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi, layihənin müəllifi və təşəbbüskarı Leyla Əliyevanın sözləri:

«Bakıya Uçuş — İNDİ Duy. Bu çağırış dinləmək, görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu xatirə ilə təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir körpüdür».

Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy — Azərbaycanın dinamik incəsənət mühitini təqdim edən, eyni zamanda yerli və beynəlxalq incəsənət səhnələri arasında mənalı dialoq yaradan mühüm mədəni təşəbbüsdür.

Bu il Böyük Beşlik layihəsi diqqəti Qafqazın zəngin və bənzərsiz vəhşi təbiətinə, eləcə də təbiət, mədəniyyət və insan məsuliyyəti arasındakı həssas tarazlığa yönəldir. Bakının muzeylərini, tarixi məkanlarını və ictimai məkanlarını əhatə edən Art Weekend müasir incəsənət, heykəltəraşlıq, performans və müxtəlif sahələri bir araya gətirən layihələri təqdim edir.

Üç gün ərzində Bakı insan və təbiət arasındakı münasibətləri araşdırmaq üçün canlı bir platformaya çevrilir. Azərbaycanın mədəni irsi biomüxtəliflik, yaddaş və gələcək qarşısında daşıdığımız ortaq məsuliyyətlə bağlı bu günün aktual məsələləri ilə bir araya gəlir.

Vizyonumuz

Bakını qlobal səviyyədə rezonans yaradan, bir şəhər olaraq burada incəsənət ənənə və müasirliyi birləşdirən, müxtəlif səs və fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etmək.

Missiyamız

Yaradıcıllığı və mədəni irsi qeyd etmək, həmçinin, inklüzivliyi və dialoqu təşviq etmək.İncəsənətin yaşandığı, paylaşıldığı və yadda saxlanıldığı bir platforma yaratmaq — uşaqlardan ailələrə, beynəlxalq qonaqlardan hər kəsə qədər bütün auditoriyalar üçün açıq olmaq, hər iştirakçının özünü xoş qarşılanmış hiss etməsini təmin etmək.

Sərgilər, performanslar, konsertlər və ictimai layihələr vasitəsilə “Bakıya Uçuş” auditoriyanı yaradıcılıq vasitəsilə gələcəyi hiss etməyə və Azərbaycanın mədəni kimliyini tarix ilə gələcək arasında bir körpü kimi qucaqlamağa dəvət edir.